📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Amerika İranın neft və neft-kimya ticarət şəbəkəsinə qarşı yeni sanksiyalar tətbiq edi

2022-09-30 14:23:00

Amerika İranın neft və neft-kimya ticarət şəbəkəsinə qarşı yeni sanksiyalar tətbiq edi

ABŞ Maliyyə Nazirliyi bəyanat yayaraq, Amerika hökumətinin İran nefti və neft-kimya məhsullarının Cənubi və Şərqi Asiyaya satışı ilə məşğul olan 8 şirkəti sanksiyalar siyahısına əlavə etdiyini açıqlayıb. Bəyanatda deyilir ki, sanksiyalar İranın neft və neft-kimya ticarətini asanlaşdırmağa kömək edənləri hədəfləyir.
Bəyanatda o da vurğulanır ki, İranın yüz milyonlarla dollarlıq neft və neft-kimya məhsullarının Cənubi və Şərqi Asiyada son istehlakçılara satışı ilə məşğul olan şirkətlər şəbəkəsi sanksiyaya məruz qalıb.
Beləliklə, İranın neft və neft-kimya məhsullarının maliyyə transferlərini və daşınmasını asanlaşdıran 8 şirkət sanksiyalar siyahısına əlavə edilib və həmin şirkətlər İran, Honq-Konq, Hindistan və Birləşmiş Ərəb Əmirliklərində yerləşir.

Ülviyyə, Hurriyyet.az