📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Amerika İranla nüvə sazişi iflasa uğrasa belə, SEPAH-ı "terrorçular" siyahısında saxlayacaq

2022-07-14 17:13:00

Amerika İranla nüvə sazişi iflasa uğrasa belə, SEPAH-ı

İsrailə səfər edən Amerika prezidenti Co Bayden İsrailin “Kanal 12” televiziyasına verdiyi müsahibədə açıq şəkildə bəyan edib ki, İslam İnqilabının Keşikçiləri Korpusunun adı İranla nüvə anlaşmasının iflasa uğramasına səbəb olsa belə, ABŞ-ın terror qrupları siyahısından çıxarılmayacaq.
Aparıcının “Nüvə razılaşması uğursuzluğa düçar olsa belə, SEPAH-ı xarici terror təşkilatları siyahısında saxlamağa söz verirsiniz?” sualına Amerika prezidenti tərəddüd etmədən "bəli" cavabı verib.
Co Baydenin İranın nüvə silahı əldə etməyəcəyi ilə bağlı daimi zəmanət verməsinə işarə edən aparıcı ondan soruşub: “Bu məqsədə çatmaq üçün İrana qarşı güc tətbiq edəcəksiniz?” ABŞ prezidenti isə qısa cavabında deyib: "Əgər bu son çıxış yolu olsa, bəli".

Ülviyyə, Hurriyyet.az