📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Amerika silahları olmadan Ukrayna nə qədər davam gətirə bilər?

2025-02-25 15:37:34

Amerika silahları olmadan Ukrayna nə qədər davam gətirə bilər?

Hurriyyet.az xəbər verir ki, ABŞ-ın hərbi yardımı dayandırıldıqdan sonra Ukraynanın nə qədər müddət ərzində müharibəyə davam edə biləcəyi bəlli olub. 
"The Wall Street Journal" nəşri Qərb məmurlarına istinadla xəbər verib ki, ABŞ-ın tədarükü olmadığı halda, Ukrayna öz əlində olan silahlarla müharibəni indiki tempdə yaya qədər davam etdirə bilər.
Pentaqonun keçmiş əməkdaşı Selesta Vollander son aylar ərzində Bayden administrasiyasının Ukraynaya yolladığı silah ehtiyatlarının bu ilin ortalarına qədər çatmalı olduğunu söyləyib.
WSJ nəşri yazır ki, Amerikanın tədarükü olmasa, Kiyev bir sıra sursatlardan, müasir silahlardan məhrum olacaq - qısamüddətli perspektivdə onların əvəz edilməsi mümkün deyil. Avropa çatışmazlığı aradan qaldırmaq niyyətində olsa da, bəzi əsas sistemləri istehsal etmir.
2024-cü ildə Avropa İttifaqı, Böyük Britaniya və Norveç Ukraynaya 25 milyard dollarlıq silah tədarük ediblər, bu, ABŞ-ın eyni dövrdə göndərdiyindən daha çoxdur.
Hürr Tərcüman