📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Amerika və İsrail milli təhlükəsizlik müşavirləri İranla bağlı danışıblar

2022-02-11 15:26:00

Amerika və İsrail milli təhlükəsizlik müşavirləri İranla bağlı danışıblar

Amerika və İsrailin milli təhlükəsizlik müşavirləri İranla nüvə danışıqları məsələsini müzakirə etmək üçün bir araya gəliblər. Bu barədə Ağ Evin yaydığı bəyanatda məlumat verilib.

Cek Sallivan israilli həmkarı Eyal Hulata ilə görüşü zamanı Vaşinqtonun İranla bağlı Tel-Əvivə verdiyi vədləri bir daha dilə gətirib. Bəyanatda bildirildiyinə görə, Sallivan və Hulata fevralın 9-da ikitərəfli və regional məsələləri hərtərəfli müzakirə etmək üçün Ağ Evdə görüşüblər. Rəsmilər İran və regionda ona bağlı qüvvələrdən gələn bölgəsəl təhdidlər və Yaxın Şərqin təhlükəsizliyi məsələlərindən əlavə, İranla nüvə danışıqları prosesini də müzakirə ediblər. 

Ülviyyə, Hurriyyet.az