📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Amerika Yunanıstanın müsadirə etdiyi İran tankerindəki neftin bir hissəsini özünə götürdü

2022-06-09 12:58:00

Amerika Yunanıstanın müsadirə etdiyi İran tankerindəki neftin bir hissəsini özünə götürdü

Yunanıstan məhkəməsi İran tankerindəki neftin müsadirə olunması ilə bağlı qərarı ləğv edib. Yunanıstanın iki fərqli məhkəməsi tərəfindən İran neftinin daha öncə müsadirə olunması və sonradan bu qərarın ləğvi ilə bağlı qərarın çıxırılması müddəti ərzində Amerika İran neftinin bir hissəsini götürə bilib.
"Reuters" xəbər ajansının məlumatına görə, bu qərar Yunanıstan məhkəməsi tərəfindən iyunun 8-də ləğv edilib.
Xatırladaq ki, Yunanıstan hökumətinin bu addımı SEPAH-ın Yunanıstana məxsus iki gəmini saxlamasının ardından atılıb. Bundan öncə isə Yunanıstan məhkəməsi İrana aid tankerin saxlanmasından sonra içindəki neftin müsadirə olunması barədə qərar qəbul etmişdi. Qərara əsasən, Yunanıstan hökuməti İran neftini Amerikaya təhvil vermişdi.

Ülviyyə, Hurriyyet.az