📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Amerikalı pilotun biri xilas edilib

2026-04-03 21:42:36

Amerikalı pilotun biri xilas edilib

İran səmasında vurulan ABŞ qırıcısının iki pilotundan biri xilas edilib. Musavat.com-un məlumatına görə, bu barədə CBS News xəbər yayıb.

Bildirilib ki, ikinci pilotun axtarışları davam edir. Məlumatda deyilir ki, vurulan ABŞ qırıcısının İranın daha əvvəl iddia etdiyi kimi F-35 deyil, F-15 olduğu dəqiqləşib.

Qeyd edək ki, İran pilotlardan birinin ələ keçirildiyini açıqlayıb.