📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Amerikalılar Yunanıstanda qaz tapdılar – Blinken Afinaya gedir

2023-02-13 21:47:00

Amerikalılar Yunanıstanda qaz tapdılar – Blinken Afinaya gedir

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, “Birlik” qəzetinin yazdığına görə, Amerikanın transmilli “Eksonmobayl” (Exxonmobil) şirkəti Yunanıstanın Krit adasının cənubunda böyük həcmdə təbii qaz yatağı kəşf edib. Araşdırma zamanı əldə edilən nəticələrə görə, bu karbohidrogen ehtiyatı bütün Avropa İttifaqını təmin edəcək həcmdədir. Ekspertlərin fikrincə, aşkar edilməsi gözlənən qaz yataqları ilkin təxmindən ikiqat artıq ola bilər.

Qəzetin yazdığına görə, bu səbəbdən Amerikanın neft-qaz şirkətinin rəhbərləri bir neçə müddətdir ki, Yunanıstandadırlar.

Krit adasının cənubunda aparılan tədqiqatların nəticələri barəsində ətraflı məlumat vermək və Yunanıstanda karbohidrogen məsələsini müzakirə eləmək üçün ABŞ heyəti Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Energetika naziri Kostas Skrekas ilə görüş keçirəcək.

Krit bölgəsində qaz kəşf edildiyi xəbəri yayılandan sonra bütün nəzərlər ABŞ Xarici İşlər naziri Entoni Blinkenin 20-21 fevral tarixlərində Afinaya edəcəyi səfərə yönəlib.

Hürr Tərcüman