Amerikanın sıxılmış qaz daşıyan gəmiləri üzünü Asiyadan Avropaya döndərdi
Hazırda son xəbərlərə görə, Avropada 2021-ci il mavi yanacağın min kubmetri 1500 dollardan ucuz satılır. Bu barədə Londonun “İCE Futures” birjasının məlumatında bildirilir. Belə ki, cümə axşamından mavi yanacağın qiymətində ümumi azalma artıq 27%-i ötüb. Xatırladaq ki, dekabrın 21-də qazın qiyməti tarixdə ilk dəfə olaraq min kubmetr üçün 2000 dolları ötmüşdü. Bəs qiymətlərin qismən ucuzlaşmasının səbəbi nə ola bilər?
"Financial Times"in verdiyi xəbərə görə, Avropada qaz qiymətləri yeni rekordlar qırdıqdan sonra Asiyaya mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan gəmilər qazı Avropa istehlakçılarına çatdırmaq üçün marşrutun ortasında marşrut dəyişib.
Qəzetin yazdığına görə, Çin, Yaponiya və Cənubi Koreya bir il ərzində elektrik stansiyaları üçün həddən artıq soyudulmuş yanacaq tədarükünü avropalılardan təmin ediblər, yəni bu yanacaq çox soyudulmuş sıxılmış qazdır. Amma indi qaz daşıyan gəmilərin sahibləri qiymətlərin kəskin sıçrayışından yararlanmaq üçün Asiyaya gedən gəmilərini Avropaya yönləndirirlər. Bəllidir ki, qaz satışı rəqabətində iddialı satıcılardan öndə gedəni ABŞ-dır. Maraqlıdır ki, Amerika qaz daşıyan gəmilərin istiqaməti Asiyadan Avropaya çevirməsi ilə birgə Avstraliya LNG-sıxılmış qazınını da Avropaya ilk tədarükü planlaşdırılır ki, bu da on ildən artıq idi ki, baş vermirdi.
"Platts"ın agentliyinin göstəricilərinə görə, Avropa və Asiyada qaz qiymətləri arasındakı fərq hazırda rekord həddə çatan ən böyük fərqdir. Londonun ICE birjasının məlumatlarına əsasən, Avropada qazın qiyməti çərşənbə axşamı rekord artımdan sonra çərşənbə günü min kubmetr üçün 1970 dollara düşüb.
Eyni zamanda, “Gas Infrastructure Europe” şirkətinin məlumatına görə, çərşənbə axşamı, dekabrın 21-də Avropada yeraltı anbarlardan (UGS) qazın çəkilməsi 2011-ci ildən bəri bütün müşahidə dövrü ərzində bu tarix üçün rekord göstərici olub. Yeraltı anbarlardan 762 milyon kubmetr qaz çıxarılıb ki, bu da oktyabrda istilik mövsümü başlayandan bəri maksimal göstəricidir.
Ülviyyə, Hurriyyet.az