📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Amfibiya təyyarəmiz Türkiyədəki yanğınlarla mübarizədə - Video

2024-08-23 09:24:47

Amfibiya təyyarəmiz Türkiyədəki yanğınlarla mübarizədə - Video

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədəki güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

Hurriyyet.az FHN-ə istinadən xəbər verir ki, ötən gün ərzində təyyarə Bolu-Gerede istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir.