AMİP sədri ABŞ diplomatı ilə görüşdü-yeni deputat nələri müzakirə edib?
2024-10-17 17:54:10
Bu gün AMİP sədri, millət vəkili Arzuxan Əlizadə partiyanın qərargahında ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Diana Braun ilə görüşüb. ABŞ diplomatı ilə işgüzar şəraitdə bir sıra məsələlərlə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə partiyadan Musavat.com-a məlumat verilib.
Görüşdə AMİP-in beynəlxalq əlaqələri, son parlament seçkiləri və partiyanın yenidən parlamentdə təmsilçiliyi müzakirə olunub. Görüşdə həmçinin AMİP-in Beynəlxalq əlaqələr üzrə sədr müavini Elşən Mustafayev də iştirak edib.