📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ammar Baxşalıyev Azərbaycan batut gimnastikası tarixində ilkə imza atıb

2026-11-16 11:47:28

Ammar Baxşalıyev Azərbaycan batut gimnastikası tarixində ilkə imza atıb

Çinin Nankin şəhərində keçirilən batut gimnastikası üzrə gənclər arasında Dünya çempionatında Azərbaycan gimnastı Ammar Baxşalıyev tarixi nailiyyətə imza atıb.

Hurriyyet.net  xəbər verir ki, fərdi proqramda mübarizə aparan təmsilçimiz təsnifat mərhələsində 54.850 xal toplayaraq 6-cı pillədən finala yüksəlib.
Həlledici mərhələdə uğurlu çıxışını davam etdirən Ammar Baxşalıyev 55.450 xal toplayaraq bürünc medalın sahibi olub. Yarışda qızıl medalı Yaponiya, gümüş medalı isə Türkiyə təmsilçisi qazanıb.

Bu nəticə Azərbaycan batut gimnastikası tarixində əlamətdar hadisə kimi yadda qalıb. Belə ki, Ammar Baxşalıyev gənclər arasında Dünya çempionatında fərdi proqramda medal qazanan ilk azərbaycanlı batut gimnastı olub.