Amnistiya fərmanı 12570 nəfərə tətbiq edilib
2022-02-15 16:41:00
Bugünədək Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri, həmçinin aidiyyəti məhkəmələr tərəfindən "8 Noyabr -Zəfər günü münasibətilə Amnistiya elan edilməsi haqqında" Milli Məclisin 2021-ci il 5 noyabr tarixli qərarı 12570 nəfərə tətbiq edilib.
Ədliyyə Nazirliyindən Bakupost.az-a verilən məlumata görə, onlardan - 5009-u Penitensiar, 6759-u Probasiya xidmətləri tərəfindən tətbiq edilib. Amnistiyanın tətbiqi nəticəsində 8138 nəfər ayrı-ayrı cəzalardan azad edilib, 3630 nəfərin isə cəzası azaldılıb.
BakuPost