📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ana və 3 yaşlı övladı dəm qazından zəhərləndi

2022-01-04 10:27:00

Ana və 3 yaşlı övladı dəm qazından zəhərləndi

Abşeronda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Hurriyyet.az xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb. 1995-ci il təvəllüdlü Zəhraxanim Azər qızı Mahmudova və 3 yaşlı övladı Lalə Toğrul qızı Mahmudova yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.