📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ana və oğlu döyüldü, avtomobillərinə ziyan vuruldu

2026-03-23 22:46:39

Ana və oğlu döyüldü, avtomobillərinə ziyan vuruldu

Şəmkir rayonunun Könüllü kəndində dava nəticəsində iki nəfər xəsarət alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, 1970-ci il təvəllüdlü Şəlalə Əhmədova və oğlu - 1994-cü il təvəllüdlü Güləddin Həmzəyev döyülüb.

İlkin məlumata görə, hadisəni onların həmkəndlisi törədib. Belə ki, tərəflər arasında borc üstündə düşən dava ana-oğulun döyülməsi ilə nəticələnib.

Daha sonra G. Həmzəyevə məxsus "VAZ 2106" markalı maşına da zərər verilib.

Polis əməkdaşları tərəfindən hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbir görülür.