📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Anadolu Ankası – 2026" beynəlxalq təlimi uğurla başa çatıb

2026-04-17 16:46:22

Türkiyənin Konya şəhərində keçirilən "Anadolu Ankası – 2026" ("Anatolian Phoenix – 2026") beynəlxalq axtarış-xilasetmə təlimi uğurla başa çatıb.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Bildirilib ki, bağlanış mərasimində çıxış edən təlim rəhbərləri icra olunmuş fəaliyyətlərin nəticələri və ümumi təhlili barədə iştirakçılara ətraflı məlumat veriblər.

Tədbir zamanı təlimin gedişatını əks etdirən statistik göstəricilər təqdim olunub, həmçinin beynəlxalq axtarış-xilasetmə təliminə həsr edilmiş qısa videoçarx nümayiş etdirilib.

Tədbirin sonunda iştirakçı heyətlər arasında qarşılıqlı hədiyyələr təqdim olunub.