📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Analitik qabiliyyətləri sıfıra yaxın olan "ağıllı" fikir sahiblərinə MƏNTİQLİ CAVAB

2023-09-22 11:49:15

Analitik qabiliyyətləri sıfıra yaxın olan

Natiq Cəfərli: "İnşallah, Ukrayna qələbə çalacaqsa, Rusiya dağılacaqsa, zəifləyəcəksə bu tezisin nə əhəmiyyəti qalır ki?! Dağılıb zəifləyəcək ölkənin yanında necə olmaq olar?!"

"Deməli, ya Ukrayna məsələsində qeyri-səmimidirlər, qəhrəman Ukrayna xalqının qələbəsinə inanmırlar, ya da məntiqi düşüncələri yoxdur"

"Məmləkətdə bəlli dar, marginal çevrə var ki, analitik qabiliyyətləri sıfıra yaxın olsa da, ciddi sifət alıb "ağıllı" fikirlər səsləndirirlər. Son günlər də "Azərbaycan Rusiyanın təsirinə düşdü, ölkədə rus gücləndi", tezisini yayırlar". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli qeyd edib.

Politoloqun sözlərinə görə, maraqlı məsələ odur ki, eyni adamlar hər gün "slava Ukraine" deyib Ukraynanın qələbə çalacağını, Rusiyanın darmadağın olacağını söyləyirlər: "Yaxşı, adi məntiq var da, İnşallah, Ukrayna qələbə çalacaqsa, Rusiya dağılacaqsa, zəifləyəcəksə bu tezisin nə əhəmiyyəti qalır ki?! Dağılıb zəifləyəcək ölkənin yanında necə olmaq olar?! Deməli, ya Ukrayna məsələsində qeyri-səmimidirlər, qəhrəman Ukrayna xalqının qələbəsinə inanmırlar, ya da məntiqi düşüncələri yoxdur. Mən fədakar Ukrayna xalqına inanıram, bir daha qeyd edim ki, Ukrayna tək özü üçün deyil, bütün postsovet məkanı üçün döyüşür. Məhz ona görə də Azərbaycan bu günədən Ukraynaya onmilyonlarla dollarlıq yardımlar göndərib, Krım daxil Ukraynanın ərazi bötövlüyünü dəstəklədiyini hər fürsətdə elan edib və edir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az