📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Analitiklər Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması vaxtıyla bağlı proqnozlarını açıqlayıblar

2024-02-02 19:13:58

Analitiklər Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması vaxtıyla bağlı proqnozlarını açıqlayıblar

Hurriyyet.az xəbər verir ki, "Fitch Solutions" agentliyinin analitiklərinin fikrincə, Azərbaycanla Ermənistan 2024-cü ilin birinci yarısında sülh müqaviləsi imzalaya bilərlər. Hesabatda deyilir: "Hesab edirik ki, artıq 2024-cü ilin birinci yarısında Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər. Hesab edirik ki, sülh sazişində Azərbaycanın Zəngəzur dəhlizinin yaradılmasına nəzarətinin güclənməsi bəndi daxil olacaq. Həmin dəhliz Azərbaycan ilə onun eksklavı olan Naxçıvanı birləşdirir".
Analitiklərinn fikrincə, 2023-cü ilin sentyabrında Qarabağda aparılan uğurlu əməliyyatdan sonra Azərbaycan qısamüddətli və ortamüddətli perspektivdə öz regional təhlükəsizliyini möhkəmləndirib. 
Hürr Tərcüman