“Anam dedi ki, atanın əkdiyi ağacları çıxart” - VİDEO
2023-04-25 20:47:00
Müğənni Yeganə Mürsəlova ata evini satma səbəbindən danışıb.
Hurriyyet.Az xəbər verir ki, bu barədə o, "Günaydın, Azərbaycan" verilişində açıqlama verib.
Yeganə deyib ki, bunu ondan anası istəyib:
"Anam o evi istəmirdi. Sonra çox xəstəliklər keçirdi. Orada olan xatirələr... Bu yaxınlarda dedi ki, atanın orada əkdiyi ağacları gedib çıxar. Dedim, birincisi qonşulara ayıbdır. İkincisi də atam o ağacları əkəndə fidan idi, indi böyüyüblər".
Olay.Az