“Anam halsız olur, çox vaxt yatır” - Ofeliya Sənaninin qızı
2026-10-18 19:53:10
“Anam oturmağa və gəzməyə çətinlik çəkir. Onu xüsusi aparatın köməkliyi ilə yeridirik. Halsız olur deyə günün çox hissəsi yatır”.
Bunu Musavat.com-a açıqlamasında Xalq artisti Ofeliya Sənaninin qızı Lalə Sənani deyib.
O bildirib ki, tanınmış diktorun səhhətində yaxşılığa doğru irəliləyiş var:
“Ona yerimək çox çətindir. Ancaq bizim köməkliyimizlə evdə az da olsa gəzir. Bu günə də şükür edirik. Ümid edirik ki, səhhəti əvvəlki vəziyyətinə qayıdacaq”.
Qeyd edək ki, Ofeliya Sənani bir müddət əvvəl küçədə gəzərkən yıxılaraq bud nahiyəsindən xəsarət alıb. Hadisəyə onun arterial təzyiqinin yüksəlməsinin səbəb olduğu bildirilir. Xalq artisti aldığı xəsarətlə əlaqədar əməliyyat olunub və əməliyyat zamanı ona implant yerləşdirilib.