📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ANAMA əməkdaşları qəzaya düşdü

2023-07-05 16:32:00

ANAMA əməkdaşları qəzaya düşdü

Füzuli rayonunda ANAMA əməkdaşları yol qəzasına düşüb.

Hurriyyet.az xəbər verir ki, hadisə rayonun Aşağı Kürdmahmudlu kəndi ərazisində baş verib.

Nəticədə Agentliyin əməkdaşları Məhərrəmov Orxan, Hacıyev Ceyhun, Aslanov Afiq və Əhmədov Elnur xəsarət alıb. Onlar Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

ANAMA-dan bildirilib ki, hadisə iş saatından sonra, əməkdaşın şəxsi avtomobili ilə hərəkətdə olduğu zaman baş verib.