📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ANAMA: Mina partlayışı təmizlənməmiş ərazidə baş verib

2022-10-08 19:25:00

ANAMA: Mina partlayışı təmizlənməmiş ərazidə baş verib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti Ağdamda baş verən mina partlayışı ilə əlaqədar məlumat yayaraq, hadisənin təmizlənməmiş ərazidə qeydə alındığını bildirib.

ANAMA-dan Hurriyyet.Az-a verilən məlumata görə, hadisə nəticəsində Şəmkir rayon sakini, 1989-cu il təvəllüdlü Əliyev Ramin Əmir oğlu və Ağstafa rayon sakini, 1986-cı il təvəllüdlü Nəcəfov Pərviz Sozalı oğlu xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Zərərçəkənlərin hər ikisinin bir ayağı diz nahiyəsindən amputasiya edilib.

ANAMA bir daha vətəndaşları müəyyən olunmuş marşrutlardan kənara çıxmamağa, məsuliyyətli və diqqətli davranaq təhlükəli ərazilərə daxil olmamağa çağırıb.