ANAMA mina qurbanlarının sayını açıqladı
2024-02-10 14:27:07
2020-ci ilin noyabr ayından bəri Azərbaycanda mina qurbanlarının sayı 345-ə çatıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Qeyd edək ki, bu gün Xocavənd rayonu Çartar kəndi ərazisində arıçılıq təssərüfatında əl qumbarası partlayıb. Nəticədə bir nəfər yaralanıb.