📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ANAMA: "Tərtədə minaya düşən şəxsin hər iki ayağı amputasiya edilib"

2023-10-07 13:57:27

ANAMA:

Ötən gün Tərtər rayonunun Həsənqaya kəndi yaxınlığında minaya düşən Zaməddin Həsənovun hər iki ayağı amputasiya edilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Bildirilib ki, oktyabrın 6-da piyada əleyhinə minanın partlayışı nəticəsində rayonun Həsənqaya kənd sakini, 1986-cı il təvəllüdlü Həsənov Zaməddin Qəzənfər oğlu xəsarət alıb. Xəsarət alan şəxsin hər iki ayağı amputasiya edilib./musavat.com/