📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ananın oğlu üçün təcridxanaya narkotik maddə keçirməsinin qarşısı alındı

2023-08-18 21:13:00

Ananın oğlu üçün təcridxanaya narkotik maddə keçirməsinin qarşısı alındı

Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Pentensiar Xidmətdən Hurriyyet.Az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Taleh Elçin oğlu Rüstəmova anası Mehparə Əlimuxtar qızı Rüstəmova tərəfindən gətirilmiş sovqatda olan şalvarın cibində gizlədilmiş bükülüdə ümumi çəkisi 0,201 qram heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.