📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Anar Bayramov daha iki yüksəkvəzifəli şəxsi işdən çıxardı

2026-04-22 21:32:49

Anar Bayramov daha iki yüksəkvəzifəli şəxsi işdən çıxardı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) iki vəzifəli şəxsi işdən kənarlaşdırılıb.

Hurriyyet.az Lent.az-a istinadən xəbər verir ki, Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov və Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elçin Əmirov da vəzifələrindən uzaqlaşdırılıblar. 

Məlumata görə, bu barədə TƏBİB-in icraçı direktoru Anar Bayramov müvafiq əmrlər imzalayıb.

Qeyd edək ki, indiyədək TƏBİB-in 10-dan çox vəzifəli şəxsi işdən azad edilib.