📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Anar Əsədli ev dustaqlığına buraxıldı

2023-07-05 17:55:00

Anar Əsədli ev dustaqlığına buraxıldı

Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli ev dustaqlığına buraxılıb.

Hurriyyet.az-ın əldə etdiyi xəbərə görə, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar verib. 

Məlumatı vəkili Hikmət Əliyev də saytımıza təsdiq edib.

Qeyd edək ki, A.Əsədli bu ilin aprelində həbs olunmuşdu. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunaraq ayrı-ayrı şəxslərin külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirdi.