📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Anasını belə təbrik etdi

2026-10-06 10:53:03

Anasını belə təbrik etdi

Müğənni Rüfət Axundov Müəllimlər Günü münasibətilə anası Ruhəngiz xanımla bağlı paylaşım edib.

Hurriyyet.net  xəbər verir ki, ifaçı sosial şəbəkə hesabında anası ilə fotosunu paylaşaraq ona duyğusal sözlər ünvanlayıb. R.Axundov qeyd edib ki, anası həm ilk müəllimi, həm də həyatında ən böyük yol göstərəni olub:

“Bu gün mənim üçün sadəcə Müəllimlər Günü deyil… Mənim ilk müəllimim, həyatdakı ən böyük yol göstərənim və ən dəyərli insanım olan anamın günüdür. Bir vaxtlar məktəbdə mənə müəllimlik edən anam, bu gün də həyatımın hər addımında mənə doğru yolu göstərir. Səndən həm ana, həm də müəllim kimi öyrəndiyim hər şey üçün sonsuz təşəkkür edirəm. Müəllimlər Günün mübarək, mənim ən gözəl müəllimim - anam”.