Ancelina Coli Ukraynaya getdi
2022-05-03 17:11:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, BMT-nin xoş məramlı səfiri Ancelina Coli artıq 3 ay müharibə vəziyyətində olan Ukraynaya səfər edib. Amerikalı aktrisa Lvov şəhərinin küçələrində gəzib, partlayış səsləri gələndə isə sığınacağa enib.
Sosial şəbəkələrdə Ancelina Colinin Lvov şəhərinə səfərindən kadrlar yayılıb. Kino aktriasaı Lvovdakı kafelərdən birində yerli sakinlərlə görüşüb. Onun müharibə vaxtı Ukraynaya səfər eləməsi böyük rəğbət doğurub.
Hürr Tərcüman