Ancelina Colinin BMT ilə bağlı qərarı
Hurriyyet.az “Yeni Akit” nəşrinə istinalda xəbər verir ki, məşhur amerikalı aktrisa Ancelina Coli BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xoşməramlı səfiri vəzifəsini tərk edəcəyini bəyan edib. Komissarlığın saytına yerləşdirilən ortaq açıqlamada Colinin humanitar yardım və insan hüquqları sahəsində daha geniş çərçivədə fəaliyyət göstərəcəyi bildirilir. Ortaq açıqlamada deyilir: “Gələcək illərdə də qaçqınları və digər didərgin salınmış insanları dəstəkləmək üçün əlimdən gələn hər şeyi etməyə davam edəcəyəm”.
BMT-nin Qaçqınlar üzrə Ali komissarı Filipp Grandi isə deyib: “İllərlə göstərdiyi xidmət, bağlılıq və qaçqınlara dəstəyinə görə minnətdarıq. Vəzifəsini dəyişdirmək qərarını dəstəkləyirik. Qaçqınlar uğrunda mübarizənin qəlbində həmişə var olacağına əminəm”.
Coli 2001-ci ildə BMT-nin qaçqınlar şöbəsi ilə əməkdaşlığa, 2012-ci ildə isə xoşməramlı səfir vəzifəsinin icrasına başlayıb.
Hürr Tərcüman