📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ançelotti hansı İngiltərə nəhənginin baş məşqçisi olmağı arzuladığını dedi

2025-04-16 20:31:15

Ançelotti hansı İngiltərə nəhənginin baş məşqçisi olmağı arzuladığını dedi

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti hansı komandanın baş məşqçisi olmağı arzuladığını deyib.

İtaliyalı mütəxəssisin sözlərini "Goal" belə çatdırıb:

"Liverpul"un baş məşqçisi olmağı arzulayırdım. Amma sonra "Everton"un "sükanı arxası"na keçdim. "Everton"da olarkən bu iki komanda arasındakı rəqabəti hiss etdim və indi "Everton"un fanatıyam. Eyni şəhəri təmsil edən bu iki klub arasındakı münasibət çox xoşuma gəldi. Orada rənglərə qarşı ehtiras inanılmazdır".

Xatırladaq ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Arsenal"a 0:3 hesabı ilə uduzan "Real" bu gün Madriddə "topçular"la cavab matçına çıxacaq. \\Fanat.Az