“And içirik, Tanrı canı...” - Xocalı 34
2026-02-25 22:26:05
26 fevral – Xocalı soyqırımının 34-cü ildönümüdür.
“Qafqazinfo” xəbər verir ki, əsrin faciəsi adlanan bu qətliama tanınmış italyan bəstəkar və şair Davide Qualterinin yazdığı şeiri Qulu Ağsəs (sətri tərcümə: Mais Nuriyev) dilimizə çevirib.
Əsərə yazılan musiqi 2012-ci ildə Milan Konservatoriyasında kompozisiya şəklində nümayiş etdirilib.
Həmin vaxt xor üzvləri arasında erməni tələbələrin də olması Ermənistanda hiddətlə qarşılanmışdı.
Xocalı işğaldan azad olsa da, o qanlı tarix yaddaşımıza əbədi yazılıb: “And içirik, Tanrı canı...”