📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Andiçmədən sonra Putin və Zelenski Türkiyəyə səfər edəcəklər” – “Hürriyet”

2023-05-31 12:31:00

“Andiçmədən sonra Putin və Zelenski Türkiyəyə səfər edəcəklər” – “Hürriyet”

Hurriyyet.az xəbər verir ki, Türkiyənin “Hürriyet” qəzeti mənbələrə istinad edərək, Türkiyə Prezidenti R.T.Ərdoğanın andimnə mərasimindən sonra onun Rusiya və Ukraynadan olan həmkarları Vladimir Putin ilə Vladimir Zelenskinin onun yanına gəlməyi planlaşdırdıqlarını yazıb.

Qəzetin yazdığına görə, andiçmə mərasimində iştirak eləmək üçün Türkiyəyə çox sayda xarici liderlər gedəcəkdir. Vladimir Putinin də “ayrıca səfər edəcəyi” gözlənilir. Bundan sonra Vladimir Zelenskinin Türkiyəyə gedəcəyi gözlənilir.

Qəzetin müxbiri Hande Fırat qeyd edir ki, Rusiya və Ukrayna prezidentilərinin Türkiyə səfəri zamanı maharibənin gedişatı və taxıl müqaviləsi məsələləri müzakirə ediləcəkdir.

Hürr Tərcüman