Andres İnyestanın yeni klubu bəlli oldu
2023-08-07 23:15:00
İspaniya millisinin sabiq futbolçusu Andres İnyestanın yeni klubu bəlli olub.
Bu barədə italiyalı insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, 39 yaşlı yarımmüdafiəçi Birləşmiş Ərəb Əmirliklərinin "Emireyts" komandasına keçib.
Təcrübəli oyunçu ilə 1+1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, ölkəsinin "Barselona" klubunun yetirməsi olan Andres İnyesta son olaraq Yaponiyanın "Vissel Kobe" kollektivində çıxış edib. Yarımmüdafiəçi bu komandada 133 oyun keçirib, 26 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.\\Redaktor.az