📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ankara-İrəvan əlaqələri hökumət iclasında müzakirəyə çıxarılacaq

2022-02-15 15:00:00

Ankara-İrəvan əlaqələri hökumət iclasında müzakirəyə çıxarılacaq

Türkiyə hökumətinin fevralın 16-da keçiriləcək iclasında Ermənistanla münasibətlərin normallaşdırılması məsələsinə də toxunulacaq.

Türkiyə iqtisadiyyatında baş verən proseslər, xüsusilə yüksək inflyasiya, Rusiya-Ukrayna münasibətlərindəki gərginlik və Türkiyənin bu istiqamətdə atdığı addımlar, Rusiya prezidenti Putinin Türkiyəyə səfərinə hazırlıq işləri, İsrail prezidentinin gözlənilən səfəri, Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələr və Ermənistanla münasibətlərin normallaşdırılması məsələsi müzakirə olunacaq.

Görüşün sonunda Türkiyə prezidenti ölkə vətəndaşlarına mesajla müraciət etmək niyyətindədir.

Yenisabah.az