Ankara Kaşıkçının qətli ilə bağlı cinayət işini Ər-Riyada verəcək
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Ankara Camal Kaşıkçının qətli ilə bağlı cinayət işini Ər-Riyada verəcək.
İstanbul Məhkəməsi səudiyyəli jurnalist Camal Kaşıkçının qətli ilə bağlı dinləmələri dayandırmağı və bu işlə bağlı sənədləri Səudiyyə Ərəbistanının məhkəmə instansiyalarına verməyi qərara alıb.
“Vaşinqton Post” nəşrinin jurnalistinin Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilməsi ilə bağlı cinayət işində 26 müttəhimin adı keçir. Barələrində həbs qərarı verilmiş müttəhimlər ədalət məhkəməsindən yayınırlar.
Cinayət işində adı çəkilən 26 şəxsdən heç biri İstanbulin 11-ci məhkəməsinin axırıncı iclasında iştirak etməyib. İttiham edənləri məhkəmədə İstanbulun Vəkillər Kollegiyası tərəfindən təyin edilmiş vəkillər təmsil ediblər.
Dinləmədə Kaşikçının nişanlısı Xədicə Cengiz ilə vəkili də iştirak ediblər.
Tanınmış səudiyyəli jurnalist Camal Kaşıkçı 2018-ci il 2 oktyabr tarixində Səudiyyə Ərəbstanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülüb. Türkiyənin Baş Prokurorluğu jurnalistin planlaşdırılmış qətlin qurbanı olduğu nəticəsinə gəlib.
Kaşıkçı diplomatik missiyanın binasına daxil olan kimi onu boğublar. Onu öldürdükdən sonra bədənini parça-parça bölərək məhv ediblər.
Hürr Tərcüman