Ankara Rusiyaya qarşı sanksiya tətbiq etməyəcək
2022-04-14 15:35:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Ankara Rusiyaya qarşı sanksiyalar tətbiq edilməsini istisna edib. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyənin antirusiya sanksiyalarına qoşulmayacağını bəyan edib. Çavuşoğlu deyib: “Biz BMT-nin sanksiyalarına riayət edirik. Lakin ayrı-ayrı ölkələrin sanksiyalarına qoşulmaq məsələsinə gəlincə, düşünürəm ki, ölkələr özləri də başa düşürlər ki, Türkiyənin vasitəçilik mövqeyinə görə, bu, real deyil...Bizdən çox vaxt səmanı bağlayıb-bağlamayacağımızı soruşurlar. Başa düşürsünüzmü, Türkiyə vəziyyətin sabitləşməsi üçün vasitəçi mövqeyi tutur”.
Hürr Tərcüman