📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ankara Suriyaya hərbi dəstək verməyə hazırdır

2025-07-17 14:05:10

Ankara Suriyaya hərbi dəstək verməyə hazırdır

Huriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Türkiyə müdafiə qabiliyyətinin gücləndirilməsi üçün Suriyaya yardım etməyə hazırdır.
Türkiyənin Müdafiə Nazirliyinin məlumatına görə, İsrailin Suriyaya aviahücumu zamanı oradakı Türkiyə hərbi kontingenti zərər çəkməyib.
TRT Haber kanalı Türkiyənin Müdafiə Nazirliyindəki mənbələrə istinadla bəyan edib ki, Suriya hakimiyyətinin təklif edəcəyi təqdirdə, Ankara Dəməşqin müdafiə qabiliyyətini gücləndirmək üçün dəstək verməyə hazırdır.
Hürr Tərcüman