“Ankara Ukrayna ilə bağlı vasitəçilik səylərini davam etdirir” – Ərdoğan Rusiyanın Xersonla bağlı qərarından danışıb
2022-11-10 13:50:00
Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna böhranının nizamlanması mövzusunda Ankaranın vasitəçilik səylərini davam etdirdiyini bəyan edib.
Türkiyə lideri Özbəkistana yola düşməzdən əvvəl deyib: “Bizim vasitəçilik səylərimiz fasiləsiz şəkildə davam edir. Danışıqlarla bağlı konkret zaman müəyyənləşdirilməyib. İndiki vəziyyətin nə qədər davam edəcəyini söyləmək mümkün deyil. Rusiya tərəfinin Xersonla bağlı son qərarı – müsbət məqamdır, mühüm qərardır”.
Xəbər verildiyi kimi, Ərdoğan TDT-nın 9-cu qurultayında iştirak eləmək üçün Səmərqəndə səfər edir.
Hürr Tərcüman