📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ankarada raket zavodunda partlayış, ölənlər var - Video

2023-06-10 12:16:00

Ankarada raket zavodunda partlayış, ölənlər var - Video

Türkiyənin paytaxtı Ankarada Elmadağ rayonunda MKE (Maşınqayırma və Kimya Sənayesi Müəssisəsi) raket və partlayıcı maddələr zavodunda partlayış və yanğın baş verib.

Hurriyyet.az xəbər verir ki, partlayış nəticəsində zavodun 5 əməkdaşı həlak olub.

Hadisənin saat 08.40 radələrində dinamit sexində baş verdiyi, sexdə böyük dağıntıların olduğu bildirilir. Bu barədə Petrol İş Ankara Şöbəsinin sədri Haluk Koşar məlumat verib. O, içəridə 5 nəfərin olduğunu, hazırda dağıntılar altında olanların axtarışlarının davam etdiyini bildirib. 

Zavoda yanğınsöndürənlər və təcili yardım briqadaları göndərilib. Hazırda yanğın söndürülüb. Zavodda böhran masası yaradılıb.

***

Türkiyə Milli Müdafiə Nazirliyi faciə nəticəsində 5 işçinin həlak olduğunu təsdiqləyib. Partlayışla bağlı məhkəmə və inzibati istintaqın başladıldığı bildirilib. 

qafqazinfo.az