📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

2026-10-28 19:16:22

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

Ankarada oktyabrın 29-da Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

Hurriyyet.net  xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Naziriliyi məlumat yayıb.

XIII TDT Zirvə görüşü çərçivəsində təşkil olunacaq bu iclasla təşkilata üzv ölkələrin xarici işlər nazirləri cari ildə Şuranın iclasında beşinci dəfə bir araya gələcəklər.

TDT Xarici İşlər Nazirləri Şurasının iclasında təşkilat daxilində əməkdaşlıq sahələri üzrə məsləhətləşmələrin və təşkilatın institusionallaşdırılması istiqamətində işlərin aparılması gözlənilir.

Qeyd edək ki, oktyabrın 29-30-da Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə Görüşü keçiriləcək.