📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ankarada Ulu Öndər Heydər Əliyevin gününə həsr olunmuş tədbirlər keçiriləcək

2024-05-07 15:51:52

Ankarada Ulu Öndər Heydər Əliyevin gününə həsr olunmuş tədbirlər keçiriləcək

Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov mayın 8-də Türkiyənin Ankara şəhərinə səfər edəcək. Hurriyyet.az bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla xəbər verir.

Komitə sədri Ankarada Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə  Azərbaycanın Türkiyədəki səfirliyinin  təşkil etdiyi tədbirlərdə iştirak edəcək.

Səfər mayın 12-də başa çatacaq.

Hurriyyet.az