📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Anlaşılmazlıqların aradan qaldırılması üçün bəzi addımlar atılıb” - İran XİN sözçüsü

2023-05-01 17:27:00

“Anlaşılmazlıqların aradan qaldırılması üçün bəzi addımlar atılıb” - İran XİN sözçüsü

“İran və Azərbaycan arasında olan anlaşılmazlıqların aradan qaldırılması üçün bəzi praktiki addımlar atılıb”.

Hurriyyet.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

“İki ölkə arasında razılaşma çərçivəsində və xüsusən də nazirlər arasında aparılan üç raundluq danışıqlardan sonra İran və Azərbaycan mediasında atmosferin sakitləşdiyinin və anlaşılmazlıqların aradan qaldırılması üçün bəzi praktiki addımların atıldığının şahidi olduq. Diplomat kimi, biz bu prosesə nikbinliklə baxırıq”, - deyə Kenani bildirib.

Kənani ikitərəfli əlaqələrə xələl gətirən bəzi maneələrə baxmayaraq, iqtisadi əlaqələrin yaxşı istiqamətdə irəlilədiyini deyib:“İran və Azərbaycanın yeni əlaqələrə ehtiyacı var. Ümid edirik ki, proses düzgün şəkildə davam edəcək”.

azpolitika.info