"Anonymous"dan Rusiyaya açıq təhlükə!
Rusiya və Ukrayna arasındakı müharibədə sülh əldə olunmasa, Anonymous Rusiyaya hücumları artıracaq. Budur təfərrüatlar...
Hərbi əməliyyat qərarı alaraq Ukraynanı işğal etməyə cəhd edən Rusiya reaksiyaların mərkəzindədir. Bu hərəkətə görə sanksiyalarla üzləşən ölkə indiyə qədər aparılan danışıqlada gözlənilən münasibəti göstərməyib. Nəhayət, Rusiyaya məşhur “Anonymous” haker qrupundan açıq təhlükə xəbərdarlığı gəlib.
Anonymous-dan Rusiyaya indiyə qədər ən böyük xaker cəhdi
Anonymous Rusiya üçün xaker hücumu xəbərdarlığı ilə gündəmə gəlib. Qrup Rusiyadakı bütün telekanalları sındırdığını bildirib.
Rusiya geri çəkilməsə, Anonymous sürəti daha da artıracaq.
Rusiya Ukraynanı işğal etmək qərarına görə, işğalçı dövlət mövqeyinə düşdü və birdən-birə sanksiyaların ortasında qalıb. Mülki itkilərin sayının artdığını nəzərə alsaq, Rusiyanın geri çəkilməsində dağıdıcı sanksiyalar belə təsirli ola bilməz.
Anonymous xaker qrupu da işğal cəhdinin ilk günlərində müharibəyə tamamilə qarşı olduqlarını bildirərək, Rusiyaya kiberhücum yönümlü müharibə elan etdiklərini açıqlayıb. Bu çərçivədə Rusiya Federal Təhlükəsizlik Xidməti və ölkədəki bütün telekanallar haker hücumuna məruz qalıb.
Rusiyaya qarşı kiberhücumların sürətini azaltmadan davam etdirən Anonymous qrupunun üzvü bir müddət əvvəl BBC-yə mühüm açıqlamalar verib. Bu prosesdə tutduqları məqsəd və taktikalardan danışan xaker bəyanatın bir hissəsində Rusiyanı açıq təhdid edib.
Bəyanatda aşağıdakı ifadələrdən istifadə edilmişdir:
Biz Kremlə kiber “müharibə” elan etdiyimiz vaxtdan Kremlin təbliğat kanallarına iki kiberhücum olub və bu, əsas yayımı dayandırıb. Ukraynadakı hazırkı vəziyyətin görüntülərini və videolarını dərc etmişik.
Əgər Ukraynada sülhün bərqərar olması üçün heç bir iş görülməsə, biz daha da güclənəcəyik və Kremlə hücumları gücləndirəcəyik.
Bundan başqa, müsahibəni aparan BBC müxbiri sözügedən kiberhücumların ciddi kiber cinayət təşkil etdiyini bildirib və haker “bunun cinayət olduğunu qəbul edirik. Ancaq günahsız ukraynalılar qətlə yetirilir” deyə cavabında bildirib.
YƏHYA