📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Anqola və ABŞ hərbi əməkdaşlıq haqqında saziş imzaladı

2024-06-09 00:01:28

Anqola və ABŞ hərbi əməkdaşlıq haqqında saziş imzaladı

Anqola və ABŞ hökumətləri hərbi texnikanın maddi təminatı sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.

Bu barədə "Jornal de Angola" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Anqola ABŞ-ın köməyi ilə ordusunun texniki və əməliyyat imkanlarını genişləndirmək niyyətindədir. Söhbət müasir və yüngül zirehli texnikaların, nəqliyyat vasitələrinin və təyyarələrin istehsalından gedir.

Müqaviləni Anqolanın dövlət katibi Afonso Karlos Neto və Pentaqonun rəhbəinin köməkçisinin müavini Tressa Qenov imzalayıb.

2017-ci il anlaşma memorandumunda nəzərdə tutulduğu kimi, 2025-ci ildə Luandada hərbi əlaqələrin daha da gücləndirilməsi və təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunacaq. \\Redaktor.Az