📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ansu Fati "Barselona"nı tərk edəcək, İspaniyanı yox

2025-04-26 21:43:03

Ansu Fati

"Barselona"nın hücumçusu Ansu Fati karyerasını İspaniya çempionatının başqa klubunda davam etdirə bilər. 

Bu barədə "Todofichajes" məlumat yayıb.

Mənbənin məlumatına görə, “Selta” 22 yaşlı futbolçunu sıralarına qatmaq istəyir. Fatinin potensial transferi "Transfermarkt" tərəfindən cəmi 5 milyon avro dəyərində qiymətləndirilir. Futbolçunun kataloniyalılarla müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədərdir.

Hücumçu İspaniya çempionatının cari mövsümündə kataloniyalıların heyətində 5 oyun keçirib və heç bir məhsuldar göstərici ilə yadda qalmayıb. \\Fanat.Az