📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Antiterror haqda bilmədiyimiz detal - Prezident açıqladı

2024-01-10 23:44:44

Antiterror haqda bilmədiyimiz detal - Prezident açıqladı

Antiterror əməliyyatı çox uğurla, peşəkarlıqla keçirilmişdir, hərbçilərimiz böyük qəhrəmanlıq göstərmişdilər. Deyilir ki, əməliyyat 23 saat neçə dəqiqə çəkmişdir, amma, əslində, daha qısa müddət ərzində tamamlanmışdı.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində söyləyib.

Dövlətimizin başçısı qeyd edib: “Biz nəzərdə tutduğumuz bütün mövqelərə çıxdıq, bütün kommunikasiyalara sahib olduq, bütün təpələri götürdük və faktiki olaraq separatçılarınsi təslim olmaları qaçılmaz idi, labüd idi, təslim olmasaydılar, məhv olacaqdılar. Başqa variant ola bilməzdi”. \\Ölkə.Az