📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Apple" şirkətindən düyü ilə bağlı çağırış

2024-02-20 18:30:08

Hurriyyet.az xəbər verir ki,  "Apple" ("Əpl") şirkəti istifadəçiləri islanmış telefonlarını düyünün içərisinə qoymaqla qurutmamağa çağırıb. Tövsiyə şirkətin dəstək xidmətinin səhifəsində dərc edilib.
Məlumatda bildirilir ki, islanmış telefonun fenləməklə, yaxud da düyüyə basdırmaqla qurudulmasına cəhd göstərmək əşyaya zərər vura bilər. Bunun əvəzinə, telefonun suyunun süzülməsi üçün onu ovuca yüngülvari çırpmaq, ardından yaxşı ventilyasiyaya malik quru yerdə saxlamaq təklif olunub.
Hürr Tərcüman