Apreldə Rusiya 10 min məhkumu döyüşlərə cəlb edib - Britaniya Kəşfiyyatı
2023-05-11 17:36:00
2023-cü ilin əvvəlindən Rusiya Müdafiə Nazirliyi Ukraynadakı hərbi əməliyyatlarda iştirak etməsi üçün məhkumların cəlb edilməsi prosesini gücləndirib.
Hurriyyet.az xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin analitikləri deyir.
Ehtimal edilir ki, təkcə aprel ayında 10 minə qədər məhkum orduya cəlb edilib.
Qeyd olunur ki, 2022-ci ilin yayından etibarən məhbuslar "Vaqner PMC" özəl hərbi şirkəti tərəfindən Ukraynaya göndəriliblər. Lakin şirkət, çox güman ki, 2023-cü ilin fevralında Rusiya Müdafiə Nazirliyi ilə "Vaqner"in rəhbəri Yevgeni Priqojin arasında münasibətin pisləşməsindən sonra Rusiya penitensiar sisteminə çıxışını itirib.
yeniavaz.com