📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aqil Abbasla Novruz Aslan təltif edildi

2023-04-11 14:11:00

Aqil Abbasla Novruz Aslan təltif edildi

Azərbaycan Prezidenti İlham Əliyev deputat Aqil Abbasla bağlı sərəncam imzalayıb. 

Hurriyyet.az xəbər verir ki, dövlət başçısının imzaladığı sərəncamla Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Aqil Məhəmməd oğlu Abbasov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, aprelin 1-i Aqil Abbasın 70 yaşı tamam olub. 

***

Dövlət başçısının digər sərəncamı ilə millət vəkili Novruz Aslan da təltif edilib.

Belə ki, Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Novruzəli Davud oğlu Aslanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

Ötən ay N.Aslanın 60 yaşı tamam olub.