📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aqroparkda meyvə yığan qadını ilan sancıb - VİDEO

2026-08-10 13:37:39

Aqroparkda meyvə yığan qadını ilan sancıb - VİDEO

Qaxda təsərrüfat işləri ilə məşğul olan qadını ilan sancıb. Hadisə rayonun  Ağyazı kəndi ərazisində yerləşən aqroparkda baş verib.

Xezerxeber.az-ın məlumatına görə, Zaqatala rayonunun Əliabad qəsəbə sakini, 47 yaşlı Aygün İsgəndərova aqroparkda meyvə yığımı ilə məşğul olarkən ilan qəfildən onun sağ ayağından sancıb.

İlkin məlumata görə, qadını gürzə ilanı sancıb. Hadisədən sonra Aygün İsgəndərova Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaxınlarının sözlərinə görə, meyvə yığımı zamanı qadın ilanı görməyib və qəfil ilan sancmasından sonra ayağında ağrı hiss edib.

Xəstəxanadan “Xəzər Xəbər”ə bildirilib ki, xəstəyə ilkin tibbi yardım göstərilib, ilan zəhərinə qarşı zərdab vurulub. Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.